Haqqımızda

Global HR Forum 2 - İnsan Resursları Sektorunun Növbəti Zirvəsi Heydər Əliyev Sarayında

İnsan resursları sahəsində fəaliyyət göstərən peşəkarlar üçün bənzərsiz bir fürsət təqdim edirik.

Bu sahədə təhsil alan gənc liderlər, idarəetmə sahəsində çalışanlar və HR sahəsində karyera qurmaq və inkişaf etdirmək istəyənlər üçün də tədbir əvəzolunmazdır.

A-dan Z-yə bu sahəyə maraq göstərən hər kəs tədbirdə iştirak edə bilər.

Global HR Forum 2 – HR sektorunun ən nüfuzlu və yüksək səviyyəli tədbirlərindən biridir.

Tədbirdə dünyaca məşhur alimlər, beynəlxalq kouçlar və peşəkar HR liderləri spiker qismində iştirak edəcək.

Forum çərçivəsində yeni trendlər, inkişaf strategiyaları və insan resursları sahəsindəki innovasiyalar geniş şəkildə müzakirə olunacaq.

İştirakçılar həm nəzəri bilik, həm də real iş dünyasında tətbiq olunan praktiki yanaşmalarla tanış olmaq imkanı əldə edəcəklər.

Forumun sonunda iştirakçılar:

Beynəlxalq Kouçluq Federasiyası (ICF) tərəfindən təsdiq edilmiş və MCC Fatih Elibol tərəfindən veriləcək olan 7 saatlıq CCE sertifikatlı təlim alacaqlar.

İngiltərədə akkreditasiyadan keçmiş HR Beynəlxalq Sertifikatı əldə edəcəklər.

PANEL 1: "İnsan Mərkəzli Transformasiya: HR-ın Yeni Missiyası"

Bu panelin əsas məqsədi iş mühitində insan faktorunun dəyərini qorumaqdır.

Liderlikdə empatiyanın rolu və HR strategiyalarının dəyişən sosial və psixoloji trendlərə uyğunlaşdırılması əsas mövzular sırasındadır.

Empatiya əsaslı liderlik: Performansa deyil, insana yönəlmək.

Tükənmişlik sindromu və psixoloji təhlükəsizlik: HR nə edə bilər?

Nəsillərarası əməkdaşlıq: Z, Y və Alfa nəsli ilə işləmək.

Dəyər əsaslı işə qəbul: CV-dən kənarda insanı görmək.

PANEL 2: "Texnologiya və Strateji HR: Gələcəyi Formalaşdırmaq"

Bu panel texnoloji innovasiyaların HR sahəsində istifadəsinə həsr olunacaq.

Süni intellekt və data analizinin işə qəbul və performans idarəsinə təsiri müzakirə ediləcək.

Süni intellektlə namizəd seçimində obyektivlik: Mümkündürmü?

HR analitikası: Məlumatlarla qərar vermək və nəticə ölçmək.

Rəqəmsal bacarıqlar matrisi: Gələcəyin işçiləri necə formalaşır?

İş dünyasında metaverse və virtual ofislər: HR üçün yeni imkanlar.

HR 4.0: İnsan Resursları Strategiyalarının Dördüncü Sənaye İnqilabına Uyğunlaşdırılması.

Bu tədbir, HR sahəsində öz bilik və bacarıqlarını artırmaq istəyənlər üçün nadir fürsətdir.

Peşəkar şəbəkəsini genişləndirmək və beynəlxalq səviyyədə tanınmaq istəyənlər üçün də unikal bir imkan yaradır.

Xüsusi qeyd: Biletin qiymətinə qidalanma xidmətləri daxil deyil.

Global HR Forum Şəkli

Spikerlərimiz

Abdulkerim Çay

Abdulkerim Çay

Türkiyə Hava Yolların Baş Direktoru

Celal Şengör

Celal Şengör

Prof.Dr Celal Şengör

Fatih Elibol

Fatih Elibol

Dünyaca Məşhur kouç, Avropa Parlamenti və İngiltərə Lordlar palatasının təlimçisi

Fethi Fahri Kaya

Fethi Fahri Kaya

TC Təhsil Nazirliyinin Ali və Xaricdə Təhsil Bölməsinin Baş Direktoru

İlber Ortaylı

İlber Ortaylı

Prof.Dr İlber Ortaylı

Könül Çelik

Könül Çelik

Hayat Rusiya şirkətinin HR Direktoru

Recai Çakır

Recai Çakır

Motivasiya Koçu iş insanı

HR Təlim Modulları

Tədris formatları və tədris modulları ilə tanış olun

İnsan Resurslarının İdarə Olunması (HRM) - 1

Fundamental (0 dan Başlayanlar Üçün)

Təlim insan resurslarının idarə olunmasının bütün əsas istiqamətlərini əhatə edir. İştirakçılar həm nəzəri biliklər, həm də praktiki nümunələr əsasında peşəkar HR bacarıqları qazanacaqlar:

  • Şirkətin idarəetmə strukturunun təşkili və formalaşdırılması
  • HRM funksiyaları və vəzifələri
  • Planlama və işə qəbul prosesi
  • Recruiting, Researching, Head hunting metodları
  • İşə qəbulun rəsmiləşdirilməsi
  • İş analizinin planlaşdırılması və aparılması
  • İş və istirahət vaxtının təşkili, məzuniyyət növləri
  • Personalın adaptasiyası və mentorluq sistemi
  • İşçi turnover növləri və səbəbləri
  • Karyera modelləri və inkişaf yolları
  • Əsas performans göstəriciləri (KPI) və qiymətləndirmə
  • Motivasiya və tənbeh mexanizmləri
  • Mükafatlandırma sistemində HR və rəhbərliyin rolu
Qrup müzakirələri
Canlı sual-cavab
Sertifikat təqdimatı

İnsan Resurslarının İdarə Olunması (HRM) - 2

Advanced (Mütəxəssislər Üçün)

Təlim müddəti

6 dərs × 1.5 saat

Proqram aşağıdakı modulları əhatə edir:

  • Modul 1: HR-ın strateji biznes partnyoru kimi rolu
    - HR funksiyasının inkişaf mərhələləri: əməliyyatdan stratejiyə
    - HRBP (HR Business Partner) anlayışı və rolu
    - HR funksiyasının biznes strategiyasına inteqrasiyası
    - Təcrübə: şirkətinizdə HR funksiyasının SWOT təhlili
  • Modul 2: HR strategiyası və planlaşdırma
    - HR strategiyasının qurulması addım-addım
    - Korporativ strategiya ilə HR strategiyasının uzlaşdırılması
    - HR KPI və OKR-lərin qurulması və izlənməsi
    - Təcrübə: real HR məqsəd və təşəbbüslərinin hazırlanması
  • Modul 3: Dəyişikliklərin idarə olunması və təşkilati mədəniyyət
    - HR-ın dəyişiklik agenti kimi fəaliyyəti
    - Yüksək performans mədəniyyətinin qurulması
    - Təşkilati mədəniyyətin diaqnostikası və dəyişimi (OCM, ADKAR modelləri)
    - Təcrübə: dəyişiklik layihəsi üzrə mini-case
  • Modul 4: İstedadların idarə olunması və varislik planlaması
    - Liderlik və istedad inkişafı strategiyaları
    - 9-box matrix, varislik planları
    - Kadr ehtiyatı və inkişaf proqramlarının hazırlanması
    - Təcrübə: istedad matrisası və fərdi inkişaf planı hazırlanması
  • Modul 5: HR analitikası və rəqəmsallaşma
    - HR data analitikası nədir və niyə vacibdir?
    - Əməkdaş məmnuniyyəti, dövriyyə və məhsuldarlıq göstəriciləri
    - HR texnologiyaları: LMS, ATS, HRIS və s.
    - Təcrübə: real HR dataları üzərində sadə təhlil
  • Modul 6: İşəgötürən brendi və EVP
    - EVP (Əməkdaş Dəyər Təklifi) nədir və necə qurulur?
    - Xarici və daxili işəgötürən brendi
    - EVP-nin işə qəbul, adaptasiya və saxlama proseslərinə inteqrasiyası
    - Təcrübə: EVP təhlili və təkmilləşdirmə təklifləri

Əlavə:
- Təlimdən öncə: HR funksiyasının self-assessment-i
- Təlim sonrası: iştirakçının HR strategiyası layihəsi
- Sertifikatla təmin olunma

Qrup müzakirələri
Canlı sual-cavab
Sertifikat təqdimatı

Təlimçilərimiz

Təcrübəli mütəxəssislərimizlə tanış olun

Səbinə Mehtizadə
20+ il təcrübə

Səbinə Mehdizadə

Mətanət A şirkətinin HR direktoru

HR Leadership Coaching

20 illik təcrübəyə malik olan Səbinə xanım Azərbaycanın aparıcı HR ekspertlərindən biridir. BP, PASHA Holding, Almaniya Federal Miqrasiya Xidməti kimi nüfuzlu qurumlarda və startaplarda 360° HR həlləri ilə çıxış etmişdir.

Könül Çelik
15+ il təcrübə

Könül Çelik

Rusiya Həyat Şirkətinin HR Departamentinin Direktoru

HR Management Consulting

Könül Rəhimova Çelik, Hayat Rusiya şirkətinin İnsan Resursları (HR) direktoru vəzifəsində çalışır. O, HR sahəsində beynəlxalq tədbirlərdə fəal iştirak edən tanınmış mütəxəssislərdən biridir

Arzu Musayeva
15+ il təcrübə

Arzu Musayeva

İnsan Resursları Şöbəsinin Rəhbəri

HR Recruitment Development

15 ilə yaxındır ki, İnsan Resurslarının idarə edilməsi üzrə fəaliyyət göstərir. Hal-hazırda PASHA Group-da İnsan Resursları şöbəsinin rəhbəri olaraq çalışır.

Leyla Əsədullayeva
10+ il təcrübə

Leyla Əsədullayeva

Isr Holding HR Manager / Life and Business Coach

HR Coaching Psychology

10 ildən çox İnsan Resursları sahəsində və 5 ildən çox təlimçi və Coach kimi fəaliyyət göstərir. Yumşaq bacarıqlar, Psixologiya və HR istiqamətində bir sıra seminarlar, təlimlər və layihələr təşkil edir.